Rubio Ermənistana səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Marko Rubio arasında görüş keçiriləcək. Görüşdən sonra onlar birgə mətbuat konfransında bəyanatlarla çıxış edəcəklər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Badalyan qeyd edib ki, görüşlərdən sonra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.