Rövşən Qurbanov həbs edildi
Novosibirsk şəhərinin Zaeltsovski rayon məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanovu iki ay müddətinə həbs edib.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
“Məhkəmə Qurbanov Rövşən Qurban oğlu barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçib”, – məlumatda qeyd olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs aprelin 30-da “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdirinə messencer vasitəsilə zəng edərək ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib./unikal
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.