Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana səfərə dəvət edib
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib.
Gundelik.az-ın məlumatına görə, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir.
“Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik”, – təbrikdə deyilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.