Qazaxda mina partladı – Yaralı var
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.
ANAMA-dan Gundelik.az-a verilən məlumata görə, işgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.