Qaradağda qanunsuz ov edənlər saxlanıldı
Qaradağda qanunsuz ov edənlər saxlanılıb.
Gundelik.az-ın məlumatına görə, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.
Araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.