“Qarabağ”ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Bakıda “Qarabağ” və “Ferentsvaroş” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Gundelik.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.