Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndidə yerləşəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi artıq Xankəndidə yerləşəcək.
Gundelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Eyni zamanda Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bundan sonra müvəqqəti olaraq Xankəndi şəhəri və Ağdərənin inzibati ərazilərində də yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, indiyə qədər Baş İdarə Bərdə şəhərində yerləşirdi.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.