“Qarabağ” bu futbolçu ilə yollarını ayıracaq
“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Gundelik.az xəbər verir ki, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq.
Cari mövsümün sonunda müqaviləsi başa çatacaq qanalı vingerlə yeni sözləşmə ilə bağlı razılığa gəlinə bilmir. “Köhlən atlar” 24 yaşlı futbolçunun komandada saxlamaq niyyətindədir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Lakin o, azad agent kimi “Qarabağ”dan ayrılmaq istəyir. Buna səbəb Addainin Avropa klublarından aldığı təkliflərdir.
Xatırladaq ki, Addai 2024-cü ilin yayında İspaniyanın “Alkorkon” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, Emmanuel bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.