Polşada yeni konstitusiya qəbul ediləcək
Yaxın vaxtlarda Polşada yeni konstitusiya layihəsi üzərində işə başlanacaq.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Predator Karol Navroçki bildirib.
Onun sözlərinə görə, son iki ildə mövcud konstitusiya dəfələrlə pozulub və bu səbəbdən konstitusiya şurası yaradılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Prezident qeyd edib ki, yeni qanunun forması üçün məsuliyyət daşımasa da, bu məsələ ölkə üçün prioritetdir. Əgər əsas siyasi qüvvələr razılığa gəlməsələr, gələn il yeni konstitusiya ilə bağlı referendum keçirilə bilər. Yeni konstitusiyanın hazırlanması Navroçkinin seçkiqabağı vədlərindən biri idi. Hazırkı Polşa Konstitusiyası 1997-ci ildə qəbul olunub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.