Polşa ABŞ-dən ilk dəfə “F-35″qırıcı təyyarələri alacaq
Varşavanın Amerikadan ilk dəfə sifariş etdiyi “F-35” qırıcı təyyarələri iyun ayında Polşaya təhvil veriləcək.
Gundelik.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
O qeyd edib ki, təyyarələrin təhvili nisbətən gecikir.
Bildirilib ki, Polşanın sifariş etdiyi 32 “F-35″dən 10-nun istehsalı artıq başa çatıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Polşa hakimiyyəti ABŞ ilə 32 ədəd “F-35” beşinci nəsil qırıcı-təyyarəsinin alınması barədə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4,6 milyard dollardır və tədarük 2029-cu ilə qədər planlaşdırılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.