Paşinyan Moskvadakı parada getməyəcək
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
Gundelik.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb.
O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.