Oman sahillərində Norveç tankerinə hücum olub
Norveçə məxsus tanker səhər saatlarında Oman sahilləri yaxınlığında naməlum qurğunun törətdiyi partlayış nəticəsində zədələnib.
Gundelik.az xəbər verir ki, bu barədə böhran vəziyyətlərinə operativ reaksiya göstərən “MTI Network şirkəti” məlumat yayıb.
Şirkətin bəyanatında bildirilir ki, “Stolt Tankers” gəmiçilik şirkətinin məlumatına əsasən, yerli vaxtla təxminən saat 00:40-da Ərəb dənizində, Oman sahilləri yaxınlığında üzən “Stolt Magnesium” tankerində naməlum xarici qurğunun partlaması baş verib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Şirkətin nümayəndəsi bildirib ki, xoşbəxtlikdən ekipajın bütün üzvləri salamatdır.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.