Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Gundelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə layiq görülüb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onu bu münasibətlə təbrik edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.