Naxçıvanda dönərdən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Bu barədə Gundelik.az-a Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd olunub ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.