Metro bu tarixlərdə saat 02:00-a qədər işləyəcək

Metro bu tarixlərdə saat 02:00-a qədər işləyəcək

Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.