Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı
Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.
Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşmalı idi.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.