Liviyada toqquşmalar: Futbol azarkeşləri baş nazirin ofisini yandırdılar
Liviyanın paytaxtı Tripolidə hakimin penalti təyin etməkdən imtina etdiyi futbol matçından sonra kütləvi iğtişaşlar başlayıb.
Gundelik.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hakimin mübahisəli qərarından sonra qəzəbli azarkeşlər meydana qaçıblar və bundan sonra vəziyyət tez bir zamanda polis və hərbçilərlə qarşıdurmaya çevrilib. İğtişaşlar zamanı stadionun yaxınlığında bir neçə avtomobil yandırılıb. Etirazçılar, həmçinin Liviya baş nazirinin ofisini də yandırıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.