“Lerik” Elektrik Stansiyasında indiyədək nə qədər elektrik enerjisi istehsal edilib?
“Lerik” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək 207,5 milyon kVt/saat elektrik enerjisi istehsalı edilib.
Bu barədə Gundelik.az Energetika Nazirliyinə istinadən xəbər verir.
2018-ci il oktyabrın 15-də Lerikin Cəngimeran kəndində ümumi qoyuluş gücü 16,5 MVt olan modul tipli “Lerik” Elektrik Stansiyası istismara verilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,5 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 min kVt/saat və ya 0,1% artım deməkdir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.