Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Xəbərdarlığa əsasən, iyulun 3-də günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-da gündüz saatlarına kimi davam edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmin günlər ərzində şimal-qərb küləyinin sürətinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m-ə, sonrakı inkişafda isə 4.0-5.0 m-ə çatacağı proqnozlaşdırılır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.