Koşta: Bakı və İrəvanın razılaşması regionun transformasiyasını başladır
Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün cari proseslər “tarixi” əhəmiyyət daşıyır.
Gundelik.az-ın məlumatına görə, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitində çıxışında bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin daha da normallaşmasını alqışlamaq lazımdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Mən Ermənistanın Baş naziri Nikol Paşinyana sammitin burada, İrəvanda keçirilməsinə görə və Azərbaycan Prezidenti İlham Əliyevə videobağlantı vasitəsilə sammitdə iştirak etdiyinə görə səmimi qəlbdən təşəkkür etmək istərdim”, – A.Koşta bəyan edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.