Klublararası dünya çempionatının formatını dəyişə bilər

Klublararası dünya çempionatının formatını dəyişə bilər

FİFA klublararası dünya çempionatının formatını dəyişə bilər.

Gundelik.az xəbər verir ki, ali futbol qurumu turnirin iki ildən bir keçirilməsini planlaşdırır.

2029-cu ildən başlayaraq komanda sayı 32-dən 48-ə çatdırılacaq. Bundan başqa, oyun təqvimində sıxlığı aradan qaldırmaq üçün milli komandaların iyulda keçirəcəyi yoldaşlıq matçlarının ləğvi də nəzərdə tutulub.

Qeyd edək ki, klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunub. Qalib İngiltərə təmsilçisi “Çelsi” olub.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.