Kliniki Tibbi Mərkəzə yeni direktor təyin edildi
Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.
Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.
Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərova da vəzifəsindən azad edilmişdi.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.