Kənd qeydiyyatında olan uşaqlar şəhərdəki məktəblərdə təhsil ala bilərmi?
Kənd qeydiyyatında olan uşaqları şəhərdəki məktəblərə qoymaq mümkündür.
Gundelik.az xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında deyib.
O bildirib ki, ilkin qaydada prioritet tətbiq edilən məktəblər var idi, bu vaxtı qeydiyyat ünvanı əsasında qəbul həyata keçirilirdi.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Yəni qeydiyyatdan keçən uşaq və ya valideyinin qeydiyyat ünvanı, seçilən məktəbin ünvanı ilə üst-üstə düşməli idi. İndiki qaydada isə bu sərbəst qaydada həyata keçirilir. Boş yer olduğu halda valideyin daxil olub həmin məktəb üçün sorğusunu yerləşdirə bilər”,- deyə o əlavə edib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.