Kamilo Duran “Seltik”ə keçdi
“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Gundelik.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off iştirakçısı olub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.