İtaliyada Etna vulkanının püskürməsi kül buluduna səbəb olub, uçuşlar dayandırılıb

İtaliyada Etna vulkanının püskürməsi kül buluduna səbəb olub, uçuşlar dayandırılıb

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buludu hava nəqliyyatında fasilələrə səbəb olub. Kül buludunun yayılması səbəbindən Kataniya hava limanına uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hava limanını idarə edən SAC şirkətinin sosial media hesabında yayılan açıqlamada bildirilib ki, Etnadan qalxan külün hava limanının ətrafındakı hava məkanına yayılması ilə əlaqədar gələn reyslər yerli vaxtla saat 15:00-dək dayandırılıb.

Açıqlamada vəziyyətin Kataniya hava limanındakı fəaliyyətə ciddi təsir göstərdiyi qeyd olunub. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl reyslərinin vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmələri tövsiyə edilib.

Etna vulkanı təxminən 3300 metr hündürlüyü ilə Avropanın materik hissəsində yerləşən ən yüksək aktiv vulkan hesab olunur.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.