İraqda Fransa hərbçilərinə hücum edilib: Ölən və yaralılar var
İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum zamanı Fransa hərbçisi həlak olub.
Gundelik.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında məlumat yayıb.
Ölkə başçısının sözlərinə görə, hadisə zamanı bir neçə hərbçi də yaralanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinə edilən hücumu qəbuledilməz adlandırıb:
“Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə çərçivəsindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəhanə ola bilməz”.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.