İrandan Azərbaycana narkotik keçirmək istədilər
İrandan Azərbaycana 6 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Gundelik.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdiriir./report
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.