İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib.
Gundelik.az “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə 230 pilotsuz uçuş aparatı buraxıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bəyanatda bu hücumların müharibə zamanı atılmış “ilk qətiyyətli addımlardan biri” olduğu bildirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.