İran ordusu: Danışıqlar uğursuz olsa, uzun müharibəyə hazırıq
İran ordusunun sözçüsü Tuğgeneral Məhəmməd Ekreminiya bildirib ki, ABŞ ilə aparılan danışıqlara ehtiyatla yanaşırlar və əgər bu proses uğursuz olarsa, ölkə uzunmüddətli müharibəyə hazırdır.
Dövlət televiziyasına açıqlama verən Ekreminiya deyib ki, atəşkəs İranın mövqeyi sayəsində qarşı tərəfə qəbul etdirilib:
“İran qətiyyətli duruşu ilə düşməni atəşkəsi qəbul etməyə məcbur etdi. Danışıqların əsasını və istiqamətini İranın şərtləri təşkil edir.”
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bununla yanaşı, o vurğulayıb ki, prosesə yenə də ehtiyatla yanaşılır:
“Danışıqların uğurlu olmasını istəyirik, amma uğursuz olarsa, uzun müharibəyə də hazırıq.”
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.