İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib – RƏSMİ
İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Gundelik.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
“İslam İnqilabının ali rəhbəri şəhid olub”, – məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Tasnim” agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.