İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Əlahəzrət Naruhitona təbrik məktubu ünvanlayıb.
Gundelik.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm”.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.