İlham Əliyev İran-İsrail müharibəsindən danışdı
İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olub.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni təyin olunan səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bu gərginliyi qınayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.