Horadizin layihələndirilməsinə başlanılır – 1,9 milyon manat ayrıldı
Füzuli rayonunun Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsi işlərinə başlanılır.
Gundelik.az bu barədə Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətinə istinadən xəbər verir.
Belə ki, qurum layihələndirmə işlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 1 milyon 969 min 232 manat olaraq müəyyən edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.