Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir – QMİ

Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir – QMİ

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvotanın tamamlanmasına az qalıb.

Bunu  Gundelik.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir”.

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.