Gürcüstanın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı
Gürcüstanın müvəqqəti işlər vəkili Giorgi Saqanelidze Tbilisi məhkəməsinin müxalif siyasətçilərə həbs cəzası verməsindən sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
London Gürcüstanda “tanınmış müxalifət xadimlərinin həbsini” pisləyib, lakin heç bir ad çəkməyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, iyunun 24-də Tbilisi məhkəməsi müxalifətdə olan “Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadzeni Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə (2004-2013) cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiyinə görə 7 ay həbs cəzasına məhkum edib./unikal
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.