Finlandiya və İsveç arasında qatarların hərəkəti 38 ildən sonra ilk dəfə bərpa olunacaq

Finlandiya və İsveç arasında qatarların hərəkəti 38 ildən sonra ilk dəfə bərpa olunacaq

1988-ci ildən bəri ilk dəfə olaraq Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında qatarların hərəkəti bərpa olunacaq.

Bu barədə Gundelik.az Yle-yə istinadən xəbər verir.

Məlumata görə, qatar şəhərlər arasında gündə iki dəfə işləyəcək. Birtərəfli səyahət təxminən 1 saat 40 dəqiqə çəkəcək.

Finlandiya və İsveçdə qida və spirtli içkilərin satışı və xidmət qaydalarındakı fərqlərə görə vaqon-restoran açıq olmayacaq.

Qeyd edək ki, Finlandiyadan İsveçə sərnişin qatarlarının hərəkəti 1988-ci ildə dayandırılıb. Əks istiqamətdə isə dəmir yolu əlaqəsi 1992-ci ildə kəsilib.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.