Ət mağazasında nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər.
Bu barədə Gundelik.az-a AQTA-dan verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub.
Eyni zamanda, mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.