Ərsin Tatar Azərbaycana gəlir
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC ) Prezidenti Ərsin Tatar Azərbaycana səfər edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Report-a bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.
O bildirib ki, ŞKTC prezidenti oktyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ə.Tatar səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.