Ermənistanın ABŞ-yə yeni təyin olunmuş səfirinin qardaşı saxlanılıb
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş naziri, hazırda ölkənin ABŞ-yə yeni təyin edilmiş səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyan gecə saatlarında Parakarda narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Gundelik.az Ermənistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, hadisə polisin Mkrtçyan və dostunun olduğu avtomobili saxlayan zaman baş verib. Sonuncu polisləri görən kimi dərhal qaçıb, onun çantasında narkotik vasitələr və silah aşkar edilib. Mkrtçyan saxlanılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd olunub ki, Ermənistan dövlət orqanları bununla bağlı hələlik rəsmi açıqlama verməyib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.