Ermənistana idxal edilən silahların 43%-ni bu ölkə təmin edir
Hindistan 2022-2024-cü illərdə Ermənistana idxal edilən silahların 43%-ni tədarük edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən yazıb.
Məlumata görə, 2016-2018-ci illərdə bu rəqəm demək olar ki, sıfıra bərabər olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ermənistan Hindistana 2023-cü ildə, Hindistan isə 2024-cü ildə Ermənistana hərbi attaşe təyin edib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın 2024-2025-ci maliyyə illəri üçün Hindistandan 600 milyon dollarlıq silah alıb. 2021-ci ildən başlayaraq Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər silahlar alır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.