“Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm” – Paşinyan
Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm. Bu, çox riskli məsələdir.
Gundelik.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bildirib.
O deyib: “İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
N.Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.