Əraqçi Pakistana səfər edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən heyət Pakistana səfər edəcək.
Gundelik.az-ın məlumatına görə, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi cümə günü axşam saatlarından etibarən İslamabad, Məsqət və Moskvanı əhatə edən regional səfərə yola düşəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bildirilib ki, səfərin məqsədi ikitərəfli məsləhətləşmələrin aparılması, regionda baş verən cari hadisələrin müzakirəsi və son müharibə ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.