Ən çox şikayət olunan sığorta şirkətləri – SİYAHI

Ən çox şikayət olunan sığorta şirkətləri – SİYAHI

Ötən ilin avqustun 1-dən bu ilin avqustun 1-dək, yəni son 1 ildə Azərbayacanda avto-icbari sığorta üzrə şikayət indeksi açıqlanıb.

Gundelik.az xəbər verir ki, bu barədə Deqiqtv Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, şikayət indeksi üzrə siyhada ən yüksəkdə “Xalq Sığorta” ASC (1.71), ən aşağıda isə “Azərbaycan Sənaye Sığorta” ASC (0.69) dayanır.

Avto-icbari sığorta üzrə şikayət indeksini təqdim edirik:

Sığortaçılar Şikayət indeksi
“Xalq Sığorta” ASC 1.71
“Meqa Sığorta” ASC 1.44
“Paşa Sığorta” ASC 1.05
“Atəşgah Sığorta”ASC 0.89
“Qala Sığorta” ASC 0.78
“Azərbaycan Sənaye Sığorta” ASC 0.69

Qeyd edək ki, şikayət indeksi göstəricisi sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhdid yaratmır. Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.