Elm və Təhsil Nazirliyi bu şirkətlərə 15,2 milyon manat ödəyəcək
Elm və Təhsil Nazirliyi 3 şirkətlə nəhəng müqavilə bağlayıb.
Gundelik.az xəbər verir ki, müqavilələrin ümumi maliyyə dəyəri 15,2 milyon manat təşkil edib.
Belə ki, Nazirlik Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması ilə əlaqədar “AR Group İnşaat” şirkəti ilə 3 965 254 manat, “S.H. İnşaat Xidməti” MMC ilə isə 8 636 264 manat dəyərində müqavilə bağlayıb.
Bundan əlavə, nazirlik respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və inventarların təmiri işlərinin satınalınması ilə əlaqədar “Mühəndislik Tikinti Təchizat” şirkəti ilə 8 695 112 manat dəyərində müqavilə bağlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.