Çindən İLK: hidrogen yük maşını marşrutunu işə salır
Çinin ən böyük neft emalı şirkəti “Sinopec” hidrogenlə işləyən ağır yük maşınları üçün ölkənin ilk regionlararası marşrutunun rəsmi açılışını elan edib.
Gundelik.az bu barədə “Sinxua” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, “Sinopec” səyahət zamanı sözügedən nəqliyyat vasitələri üçün yanacaq tədarükünü təmin etmək məqsədilə magistral yol boyunca dörd hidrogen yanacaqdoldurma məntəqəsi inşa edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Marşrutun keçdiyi bölgələrdə hidrogen istehsalı üçün müxtəlif texnologiyalar, o cümlədən su elektrolizi və ammonyak dissosiasiyası təmin olunub.
Məlumata əsasən, bu bölgələrdə hidrogen istehsalının illik həcmi birlikdə 400 min tonu ötür ki, bu da 360 min hidrogen avtomobilinin yanacaq tələbatını ödəyə bilər.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.