Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq

Buraxılış imtahanının cavabları BU TARİXDƏ elan olunacaq

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunacaq. Gundelik.az  Milli.Az-a istinadən  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib. O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq. “Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir”, – deyə o qeyd edib.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.