Bu rayonda 4 minə yaxın abonentin qazı kəsiləcək
Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, diametri 159 mm-lik “Şəhər dairəvi” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.