“Bir masa, iki ürək, bir həll” – Aqil Əsgərov mediasiyanın ruhunu anlatdı
Peşəkar Mediator Aqil Əsgərov mediasiya ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi insanlar mediasiyanı “sadəcə formal mərhələ” və ya “məhkəməyə aparan yol” kimi dəyərləndirirlər. Lakin Əsgərov vurğulayıb ki, mediasiya müstəqil və nəticəverici mexanizmdir. O bildirib ki, maarifləndirici tədbirlər, təlimlər və nümunəvi sazişlər vasitəsilə insanlar getdikcə anlayırlar: mediasiya mübahisələrin həm ən sürətli, həm də ən ədalətli həll yoludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.