“Baksol yolu”nun kənarında yanğın

“Baksol yolu”nun kənarında yanğın

Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Gundelik.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.