“Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib
“Nərimanov” elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda “Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, – məlumatda bildirilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.